6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

Şəkidə quyuya düşən şəxs xilas olunub.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

 

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 6 metr olan kanalizasiya quyusundan vətəndaşı çıxaraq  aidiyyətı üzrə təhvil veriblər. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>