Barselonadakı terrorda şübhəli bilinənlərin hamısı öldürülüb

İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 4 nəfəri məhv edib.

 

APA-nın xəbərinə görə, bu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib.

 

Bunlar Mərakeş əsilli Yunes Əbuyaqub, Musa Okabir, Səid Alaa və Məhəmməd Hicamidir. Adıçəkilən son 3 nəfərin Kambrils şəhərində öldürüldüyü bildirilir.

 

Ötən gün Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb.  Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>