Trampın müşaviri istefa verdi

ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon postunu tərk edib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir.

 

Onun sözlərinə görə, Stiv Bennon vəzifədən getməsini Ağ Ev aparatının rəhbəri Con Kelli ilə bu gün razılaşdırıb. Qeyd edək ki, Trampın seçkiqabağı komandasına qatılmamışdan öncə S.Bennon sağçı “Breitbart” saytına rəhbərlik edib. 

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>