Sizin link burada

İspaniyadakı teraktlarda ölənlərin sayı artdı

İspaniyada terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 14 nəfərin öldüyü, 130 nəfərin yaralandığı, 65-in xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

 

Ötən gün Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər.

 

Polis Kambrils şəhərində 5 terrorçunu zərərsizləşdirib, 4 nəfər saxlanılıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>