Sizin link burada

Finlandiyada bıçaqlı hücum: 2 ölü, 7 yaralı - YENİLƏNİB

Finlandiya polisi Turku şəhərindəki hücumu terror aktı kimi qiymətləndirmir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Finlandiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

“Hazırda polis baş vermiş insidenti terror aktı kimi qiymətləndirmir. Buna baxmayaraq, polis və Sərhəd xidməti bütün ölkə ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib”, məlumatda qeyd olunub.

 

Bu axşam Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana  hücum edib. İnsident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Polis tərəfindən yaxalanan cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir. 

 

***

 

Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana  hücum edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, azı 8 nəfər yaralanıb.

 

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İnsidentin terror aktı olub-olmaması araşdırılır.

 

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>