Bərdədə 7 yaşlı uşağın ölüm səbəbi bəlli oldu - YENİLƏNİB

 

Bərdədə beyninə yığılan çirk 7 yaşlı uşağın ölümünə səbəb olub. 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlu xəstəxanada dünyasını dəyişib.

 

Bu barədə APA-nın Qarabağ bürosuna uşağın atası Şahin Hüseynov məlumat verib.

 

“Mənim uşağımı 3 ay əvvəl balaca küçük dişləmişdi. Heç qanamamışdı yarası. Üç gün əvvəl dişi ağrıdı, apardım həkimə. Həkim dedi ki, diş çirk edib çəkə bilmərəm. Evə gətirdikdən sonra uşaq bizdən xəbərsiz gedib mağazadan dondurma alıb yeyib. Gecə saatlarında uşağın bədən hərarəti 40 dərəcəyə catdı. Apardıq həkimə, həkim dedi gecikdirmisiniz, uşağın başına çirk yığılıb”, deyə Ş.Hüseynov bildirib.

 

Qeyd edək ki, bundan əvvəl uşağın ir dişləməsi nəticəsində dünyasını dəyişdiyi barədə məlumat yayılmışdı. Faktla bağlı Bərdə rayon Prokrorluğunda araşdırma başlanıb.

 
 
***
 
 
Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.
 
Lent.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib.
 
Kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur. Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfildən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>