Əli Kərimlinin keçmiş mühafizəçisindən sensasion açıqlamalar

 

AXCP sədri Əli Kərimlinin mühafizə xidmətinin sabiq rəisi, AXCP Ali Məclisinin keçmiş üzvü Kərim Mehdiyev partiya sədri barədə qalmaqallı açıqlama ilə çıxış edib.

 

Avropa.info-ya müraciət edən Kərim Mehdiyev vaxtilə Əli Kərimli ilə çox yaxın olmuş bir şəxs kimi bəzi məsələlərə aydınlıq gətirilməsini özünə borc bildiyini deyib.

 

Kərim Mehdiyev yazır:

“İlk növbədə qeyd edim ki, yazılanlar fərd kimi təkcə mənə aid deyil, bu Əli Kərimli tərəfindən aldadılmış, lakin satqınçılıq damğası ilə üzləşməkdən narahatçılıq keçirən yüzlərlə cəbhəçinin mövqeyidir.

AXCP sədri elə rəy yaratmaq istəyir ki, partiya daxilində hər şey idealdır və hamı onun nağıllarına uyub bu gün-sabah hakimiyyətə gələrək vəzifə alacağı xəyalı ilə yaşayır”.

 

Kərim Mehdiyev daha sonra fikirlərinə belə davam edir:

“Amma elə olsaydı, Əli Kərimlinin dələduzluğunu anlayan ən yaxın silahdaşları – Kərim Mehdiyev, Şahin Həsənli, Rövşən Quliyev, Fuad Mustafayev, Əbülfəz Qurbanlı, Kamil Vəli Nərimanoğlu, Sahib Kərimli və digərləri onun ətrafından uzaqlaşmazdılar və bu gündə AXCP-nin aparıcı simalarından biri olardılar. Diqqət edin insanlar ideya uğrunda mübarizə apararaq həbsxanaya düşür, övladları, valideyinləri ilə ünsiyyətdən mərhum olur, həyatının ən sevincli anı olan nikah mərasimini zindanda rəsmiləşdirir, Əli Kərimli isə vicdan əzabı çəkmədən belə  övladlarının təhsili üçün xərclədiyi vəsaitin hesabatını xalqa verir.

Nə isə, qayıdaq Əli Kərimlinin videomüraciətinə. Xərclədiyi pul vəsaitləri ilə bağlı cəbhəçilər arasında gəzən şaiyələrin ictimailəşməsi ona o qədər yer edib ki, həmin hadisədən 2 gün keçdikdən sonra dözməyərək öz əqidə yoldaşlarına yeni nağıllar uydurmağa başlayıb. Diqqət edin, bu insan özünü təmizə çıxarmaq üçün hansı vasitələrdən istifadə edir. Birinci, hakimiyyəti tənqid edirmiş kimi hədəfi özündən uzaqlaşdırmağa çalışır, sonra isə diqqət yetirin – özünü müdafiə üçün ailə üzvlərini önə çəkir. Gah həyat yoldaşının evini sataraq əldə etdiyi pulu oğlunun təhsilinə yönəltdiyini, gah oğlunun yüksək məvacib alaraq bacısının təhsilinə kömək etdiyini, gah da qızının yay tətilində işləyərək ailəsinə maddi yardımlar göstərdiyini bildirir.

Əli bəyi qınayası deyil, bu instinktiv (yəni insanın özündən asılı olmayan, şüuraltı surətdə həyata keçən) müdafiə mexanizmidir və psixologiya elmində onun adı rasionalizasiyadır. Psixologiya elmindən az-çox anlayışı olan hər bir şəxs Əli Kərimlinin çıxışının özünümüdafiə mexanizminin elementi olduğunu təsdiqləyə bilər. Yəni loru dildə desək – “qara məni basınca mən qaranı basım” və ya “ən yaxşı müdafiə hücumdur”.

Əli bəy, uşaqlarınızın təhsili ilə bağlı o qədər saxta faktlar sadalamaqdansa, elə birdəfəlik deyərdiniz ki, hamı oğurlayır, mən də oğurlayıram. Yoxsa “həyat yoldaşımın Ayaz Mütəllibov dövrü gənc mütəxəssis kimi aldığı evi satıb oğlumun təhsilinə xərcləmişəm” nağılına yalnız siz və ətrafınızdakılardan başqa heç kim inanmır. Tutaq ki, gənc mütəxəssis kimi həyat yoldaşınıza Ayaz Mütəllibov dövrü 1 otaqlı, lap olsun 2 otaqlı ev veriblər və siz həmin köhnə mənzili 80 min manata satmısınız. Biz yox, özünüz deyirsiz ki, oğlunuz Bristol Universitetinin “Hüquq” fakültəsini bitirib. Google-da axtarış versək həmin ali məktəbin siz dediyiniz fakültəsində 1 illik təhsil haqqının 30 min funt sterlinqdən aşağı olmadığını görərik. Yəni 5 ilə 150 min funt sterlinq (330 min manat) +  5 il ərzində minimum 42 min funt (92 min manat) dəyərində kirayə və yemək xərclərini. Bu yalnız Londonda bir uşağın üzdə görünən xərcləridir. Hər iki uşağın Bakıdakı təhsil haqlarını və Britaniyadakı xərclərini əlavə etsək görünən xərclər 1 milyon manatı keçəcək (gizli məsrəfləri də nəzərə alsaq, xərclər 2 milyon manatı ötür).

 

Kərim Mehdiyev AXCP sədrinin Avropa Məhkəməsindən əldə etdiyi maliyyə ilə bağlı dediklərinə də toxunur:

“İndi baxaq sizin səsləndirdiyiniz rəqəmlərə. Avropa Məhkəməsindən əldə etdiyiniz 46 min avronu (siz dediyiniz kimi 100 min manat) da satdığınız mənzilin pulunun üstünə gəlsək, 180 min manat edir. Deputat olduğunuz 1995-2005-ci illər ərzində, özünüz dediyiniz kimi aldığınız yüksək əmək haqqı ilə, hətta yeməyib-içməsəniz də belə yerdə qalan 1 milyondan artıq vəsaiti ödəmək mümkün deyildi.

Yeri gəlmişkən, özünüz-özünüzü təhrif edirsiniz. Gah deyirsiniz, qızım 1-ci kursda oxuyur, gah da deyirsiniz, onun tələbə yoldaşlarının çətin tədris ilindən sonra istirahət etməsinə baxmayaraq o, tələbə vizası ilə işləyir. Hələ 1-ci kursa daxil olan insanın tələbə yoldaşlarının olmasını və çətin tədris ilindən yorulmasını sizdən eşidirik. Yəqin belə demək istəmisiniz: “Qızım 4 illik təhsili başa vurub və hazırda magistraturanın 1-ci kursundadır”. Belə demək əlverişli deyil axı, çünki bu o deməkdir ki, cəbhəçiləri tilsimləyərək, onların hesabına qazandığınız əlavə 70-80 min funt sterlinq də (200-220 min manat) ortaya çıxacaq.

Yaxşı, bütün cəbhəçilər sizin öz mənzilinizi sataraq, Avropa məhkəməsindən aldığınız pullar və deputat maaşı ilə övladınızı oxutdurduğuna inandı. Bəs bu qədər imkanınız ola-ola sizə maddi kömək üçün müraciət edən onlarla cəbhəçini “pul yoxdur” deyərək əli boş yola salmağınızdan utanmırsınızmı? İndi də etiraf edirsiniz ki, heç demə pul varıymış, amma əqidə yoldaşlarım üçün deyilmiş. Elə çıxır ki, öz dediyiniz kimi sizə maddi köməklik göstərən əqidə yoldaşlarınız özünüzdən daha mənəviyyatlı və dürüst imişlər. Onlar sizə köməklik göstərir, amma hakimiyyət tərəfindən şərlənərək zindanlara atılan onlarla cəbhəçi, onların körpə balaları  üçün “pul yoxdur” deyərək yola verirsiniz.

 

Özünüz dediyiniz səxavətli əqidə yoldaşlarınızla və dostlarınızla bağlı “AXCP-nin “Yurd” həqiqətləri” kitabında hələ 2003-cü ildə görün nə yazılır.

 

 

Yeri gəlmişkən, cəbhəçilərin pullarını oğurlamaq sizə və yaxın ətrafınıza xas olan bir ənənə olduğunu elə həmin “Yurd həqiqətləri”ndən oxuya bilərik. Görün zaman keçdikcə siz necə də dəyişməmisiniz, Əli bəy. Elə həmin dələduz və fırıldaqçısınız. Sadəcə dəyişən ətrafınızdakı insanlar olub və bu səbəbdən yeni gələnlər köhnə xislətinizdən bixəbər olduqları üçün sizə inanıb və öz xəyallarının tərəfinizdən zorlanmasına qeyri-ixtiyari olaraq razılıq veriblər.

 

 

Və yaxud görün 2000-ci ildə AXC-AXCP-nin vəsaitləri və əmlaklarından Əli Kərimlinin nəzarətsiz və şəxsi məqsədləri üçün istifadə etməsini araşdıran xüsusi komissiyanın qərarının 6-cı bəndində nə deyilir:

 

 

Necə olur ki, 1995 və 2000-ci il parlament seçkilərində Milli Məclisə düşə bildiniz, amma sonrakı dövrlər yox. Bəli, özünüz dediyiniz kimi hakimiyyət mandatınızı oğurladı və buna görə Avropa Məhkəməsinə müraciət etdiniz. Sual olunur, bəs əvvəl niyə oğurlamırdı?”.

 

K.Mehdiyev 2000-ci illərdə Türkiyədə Yavuz Bülent Bakiler tərəfindən hazırlanmış “E.Elçibey” dərgisindəki məlumatları da əlavə edib:

 

 

“Öz videomüsahibənizdə 1993-cü ildə sizə verilmiş 3 otaqlı evdən danışırsınız. Baxın görün tarix bu barədə nə deyir. Heç bir şərh vermədən həmin mənzil və 1994-cü il 10 sentyabr mitinqində sizin polis tərəfindən saxlanılmağınızla bağlı “Yurd həqiqətləri”ni diqqətinizə çatdırıram.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>