Sizin link burada

Rusiyada yandırılıb öldürülən azərbaycanlıyla bağlı ŞOK TƏFƏRRÜAT: işgəncə də verilibmiş

 

 

Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlunun vəhşicəsinə qətlliylə bağlı bəzi təfərrüatlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Neftyuqanskda “Fedya” kimi tanınan Fəzail ət mağazaları işlədirmiş. Şəhərdə heç kimlə konflikti olmayıb. Onun mağazaları əhaliyə digərlərindən daha ucuz ət və ət məhsulları təklif edirmiş.
 
 
İlkin araşdırma zamanı məlum olub ki, Fəzail İlyasov qətlə yetirilib yandırılmamışdan əvvəl ona işgəncə verilib. İddiaya görə, qatillər ondan pul tələb ediblərmiş.
Hadisədən 3 gün sonra qətldə şübhəli bilinən şəxs saxlanılıb. Amma bir gün sonra azadlığa buraxılıb.
 
Hazırda Neftyuqansk polisi qatillərin tapılması istiqamətində intensiv iş aparır.
 
Xatırladaq ki, Fəzail İlyasov avqustun 10-da qətlə yetirilib. Mərhumun dayısı oğlu Mərdan Mehdilinin bildirdiyinə görə,  polis itkin düşmüş şəxs kimi onu axtarırmış. Amma sonradan hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər.
 
Mərdan bəy onu da qeyd edib ki, mərhumun cənazəsi Rusiyada ekspertizadan keçirildikdən sonra dünən Azərbaycana, Siyəzən şəhərinə gətirilib. Bir qədər əvvəl isə Siyəzən rayonunun Beşdam kəndində dəfn edilib.

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>