Bakıda təcili yardım həkimini döydülər

 

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.

 

Həkim polisə şikayət edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

24 Sentyabr 2017

Digər xəbərlər >>>