Sizin link burada

"2 aylıq hamilə olanda ərimə xəyanət etdim" - FOTOLAR

 

90-cı illərin məşhur müğənnisi Con Teylorun keçmiş həyat yoldaşı Amanda de Kadenet avtobioqrafik kitab yazıb.

 

Axşam.az xarici mediaya isitnadən xəbər verir ki, 45 yaşlı Amanda illər əvvəl şəxsi həyatında baş verənləri bütün çılpaqlığı ilə etiraf edib. O, qızına 2 aylıq hamilə olarkən Cona aktyor Keanu Riivzlə xəyanət etdiyini yazıb:

 

“Riivzi görəndə “indiyədək neçə hamilə qadının başqası ilə münasibəti olub ki” deyə ağlımdan keçirdim. Yeni tanış olduğum kişidən bu qədər təsirlənməyim məni təəccübləndirmişdi, doğrusu...”.

 

Amanda qızını dünyaya gətirməkdən peşman olmadığını dilə gətirib:

 

“Onun dünyaya gəlişini planlaşdırmışdıq və bu, həyatım boyunca başıma gələn ən gözəl hadisədir”.

 

A.Kadenet Con Teylordan boşandıqdan sonra Keanu Riivzlə eşq yaşamağa başlamışdı. Amanda ilə Con 1991-1997-ci illərdə ailəli olub. Cütlüyün qızı Atlanta modeldir.

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>