Lənkəranskinin il mərasimi keçirilir - Avtoritetlər toplaşır

 

Bu gün Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) il mərasimi keçirilir. 
 
 
Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, yas mərasimi mərhumun ailəsinin yaşadığı Kiçik Bazar məhəlləsində baş tutacaq. 
Lənkəranskinin il mərasimində bir çox tanınmış "oğru"ların iştirak edəcəyi gözlənilir. Bunun üçün də yüksək təhlükəsizlik tədbirləri görülüb. 
 
 
Qeyd edək ki, Lənkəranskinin ölümü ilə bağlı Türkiyədə və Rusiyada bir neçə nəfər saxlanılıb, onun qətlində günahlandırılan bir neçə şəxsin isə Lənkəranskinin tərəfdarları tərəfindən öldürüldüyü bildirilir. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>