Səidə Sultan əsəbiləşdi: "Bəsdirin, düşüklər"

 

Müğənni Səidə Sultan sosial şəbəkədə ona yazan izləyicilərə əsəbiləşib.

 

Lent.az-ın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində hər kəsi görmək istəmədiyini yazıb: “İndiki zamanda bəzi insanları, elə bil, "İnstagram" əkib doğub... Bəziləri “like” toplamaqdan ötrü dəridən-qabıqdan çıxır. Başlayırlar, “bu nədi, məni niyə izləmirsən, “like” etmirsən?”. Bəsdirin də, bambılılar, düşüklər...Hələ bir adamdan küsürlər, inciyirlər... İzləmirəm, əcəb edirəm, bəyənmirəm, əcəb edirəm. Şəxsən mən məni izləməyənə, bəyənməyənə əhəmiyyət vermirəm. Gözüm aydın, mən də onu izləmərəm. Ona görə həmin adama deməliyəm ki, bu nə deməkdir? Ya da sırtıq kimi, yapışmalıyam ki, məni bəyən? İnsanların yarı faizi tanınmaq, ulduz olmaq istəyirlər. Vallah, biz yalan olmuşuq”.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>