Xəzərdə batan gənclər bu universitetin tələbəsi imiş - YENİLƏNİB

Avqustun 16-da Sumqayıtın Corat qəsəbəsi yaxınlığındakı çimərlikdə batan Elməddin Sadıqov və Qürbət Vəliyev Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi olublar.

 

E.Sadıqov Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə, Q.Vəliyev isə eyni fakültənin Menecment ixtisası üzrə təhsil alırmış.

 

***

 

09:35

Avqustun 16-da Xəzərdə batan gənclərin meyiti tapılıb. 
 
 
 
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən daxil olmuş məlumata əsasən, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğlunun cəsədləri tapıldığı üçün axtarışlar dayandırılıb. 

 

***

 

17 avqust

 

saat 12:18

 

Avqustun 16-da dənizdə batdığı ehtimal edilən şəxslərin şəxsiyyəti müəyyən edilib. 

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, axtarışları aparılan şəxslər 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğludur. Axtarış işləri haqqında əlavə məlumat veriləcək.

 

**

10:26

Dənizdə batan şəxslərdən birinin kimliyi bəlli olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>