76 yaşını qeyd edən xanım müğənni: "İntizardayam" - VİDEO

Bu gün xalq artisti Elmira Rəhimova 76 yaşını qeyd edir. Lent.az-ın məlumatına görə, 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olan sənətkar bu günə qədər saysız-hesabsız əsərlər ifa edib.  50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb və həmin ildə Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda konsert proqramı ilə çıxış edib. “Dinlə məni sevgilim”, “Tələbə” , “İntizar”, "Gəncəm" kimi mahnıların ifaçısı kimi tanınan xalq artisti illərdir sənətdən uzaqlaşdığını söyləyib. O səhhətində yaranan problemlərə görə efirə çıxmaq istəmədiyini deyib.

 

Qeyd edək ki, E.Rəhimova 1941-ci ildə Bakıda anadan olub. 

LENT

24 Sentyabr 2017
23 Sentyabr 2017

Digər xəbərlər >>>