Sizin link burada

Hacıqabulda maşın 12 yaşlı uşağı vurdu

Hacıqabul rayonunda avtomobil 12 yaşlı uşağı vurub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Nəvahi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

 

Kənd sakini, 2005-cü il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu  “10 LH 551” dövlət nömrə nişanlı  “Tavriya” markalı avtomobil tərəfindən vurulub.

 

Ağır xəsarətlər alan yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>