19 yaşlı gənc Kürdə batdı

Samux sakini Kürdə boğulub.

 

 APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının Samux rayonunun Qırmızı Samux kəndindən keçən hissəsində qeydə alınıb.

 

Rayon sakini, 1998-cü il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlu Kür çayında çimən zaman boğulub.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>