Sizin link burada

"Qarabağ" - "Kopenhagen" oyununun hakimləri açıqlandı

"Qarabağ"ın 2 gün sonra Bakıda Danimarka çempionu "Kopenhagen" ilə keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununun hakimləri açıqlanıb. Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına stadionda keçiriləcək tarixi oyunu italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Paolo Talyaventoya Alessandro Calyatini və Alessandro Kostantso yan xətt hakimi kimi kömək edəcək. Massimiliano İrrati və Antonio Damato isə qapı xəttindən oyuna nəzarət edəcək.

Oyunun dördüncü hakimi italiyalı Filippo Meli, hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi isə bolqarıstanlı Andrey Medintsev olacaq.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>