Sizin link burada

Xəzərdə batan 9 yaşlı oğlanın cəsədi sudan çıxarıldı

Dünən Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi tapılıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün 9 yaşlı oğlanın cəsədi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 16:45-də başa çatıb.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>