Sizin link burada

Metronun qarşısına tikinti materialları töküb ağacları kəsdilər - FOTO - VİDEO

Metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında, Qara Qarayev prospektində yerləşən obyekt sahibləri mətbuata müraciət ediblər. Lent.az olke.az-a istinadən xəbər verir ki, sahibkarlar iki gündür ərazidə yeni obyektin tikintisinə başlanıldığını və xeyli tikinti materialının onların obyektinin qarşısına töküldüyünü bildiriblər  "Tikinti materiallarını obyektin qarşısına töküblər. Həm də avtomobillərin hərəkətinə mane olur. Kimə müraciət edəcəyimizi bilmirik. Əgər kimsə özünə obyekt tikdirirsə, digərlərini də nəzərə almalıdır. Çünki biz bura yüksək məbləğdə icarə haqqı ödəyirik. Bir gün alver pis olanda aylıq xərclərə ciddi təsir göstərir. Həmçinin burada yaşıllıq məhv edilir, ağaclar kəsilir".  

 

Şikayətçiləri Qara Qarayev prospekt 59 ünvanından göndərdiyi foto və videonu təqdim edirik.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>