Sizin link burada

Həftənin ilk günü üçün HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, zəif şimal-şərq küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.   Havanın temperaturunun gecə  23-25° isti, gündüz  32-37° isti, Bakıda gecə  23-25° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 757  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz  40-50 % olacaq.  

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°,Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.  

 

Azərbaycanın rayonlarına gəlincə, avqustun 14-də hava şəraiti yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz  33-38° isti, dağlarda gecə 15-20°, gündüz  26-31° isti olacağı gözlənilir.

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>