Sizin link burada

Şəmkirdə faciə: 13 yaşlı qız "Niva"nın altında qalıb öldü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

 

 Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub.  Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>