Sizin link burada

ABŞ-da iki polis faciəvi şəkildə öldü

ABŞ-da, iğtişaşların baş verdiyi Şarlottsvill şəhərində polis helikopteri qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Virginiya ştatının polis idarəsinin məlumatında bildirilir.

 

Məlumata görə, insident yerli vaxtla 17.00 radələrində (Bakı vaxtı ilə 01.00) meşə massivində baş verib. Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş verən toqquşmalarla əlaqədar Virginiya ştatında artıq bir neçə gündür fövqəladə vəziyyət elan edilib. İnsidentlər nəticəsində 1 nəfər ölüb,  34 nəfər xəsarət alıb.

 

Ultrasağçılar hakimiyyət qurumlarının Vətəndaş müharibəsi dövründə Konfederasiya ordusunun generalı Robert Linin şəhər parkındakı heykəlini sökmək planına etiraz edirlər.  

 

Məlumata görə, aksiyalarda iştirak etmək üçün şəhərə ümumilikdə 6 minədək ultrasağçı gəlib.  

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>