Sizin link burada

İkimərtəbəli avtobus aşdı: 28 yaralı

Polşanın Tarnobjeq şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində 30-dək şəxs xəsarət alıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 85 nəfəri aparan ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb, nəticədə 28 sərnişin xəsarət alıb.  

 

Hadisə yerinə 15 təcili yardım naşını və xilasedici helikopter cəlb edilib. Xəsarət alanlardan 7 nəfərin vəziyyəti kritikdir.  

 

Qəzanın səbəbləri araşdırılır. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>