O ölkədə səfərbərlik elan edildi: minlərlə müraciət

Şimali Koreya ordusunun şəxsi heyəti 3 milyon 500 min nəfər artıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Pxenyan bunu ABŞ-la münasibətlərin kəskinləşməsi səbəbi ilə əlaqələndirib.

İnsanların könüllü olaraq orduya müraciət etdiyi bildirilir.

Könüllülərin əsasən tələbələr, fəhlə və kəndlilər, o cümlədən ehtiyatda olan hərbçilərdən ibarət olduğu deyilir.

Prosesin davam etdiyi qeyd edilir. Yaxın üç gündə bu sayın daha da artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, avqustun 11-də Pxenyanda yüz minlərlə insanın iştirakı ilə anti-ABŞ mitinqi keçirilib 

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>