Bakıda ŞOK OLAY: imtahanda az bal toplayan gənc özünü asdı

 

Bakıda şok intihar hadisəsi baş verib.

 

Lent.az olke.az-a istinadən  xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu deyilən ərazidə baş verib. Cəmil adlı gənc qəbul imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün özünü yaşadığı mənzildə kəməri vasitəsilə tavandan asıb.

 

Qonşuların müdaxiləsinə baxmayaraq, Cəmilin həyatını xilas etmək mümkün olmayıb.

 

Qonşuların verdiyi xəbərə əsasən, Cəmil intihar edərkən evdə özündən başqa kiçik qardaşı da olub. 

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>