Sizin link burada

Uşaq Sanatoriyasının işıq kabelləri oğurlandı

 

 

Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından oğurluq edilib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Uşaq Sanatoriyasının binasından 50 metr elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmiş qəsəbə sakini Aleksey Krasnikov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart-iyul ayları ərzində 1 şirkətdən və 6 evdən elektrik kabelləri oğurlaması da müəyyən edilib.


 

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>