Sizin link burada

Gömrükçülər Bakıya gələn şəxsdən beşbarmaq aşkar edib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Astana-Bakı aviareysi ilə gələn sərnişindən beşbarmaq aşkar ediblər.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astana-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib. Monitorda beşbarmağın təsvirləri əks olunduğundan müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, qara rəngli metaldan hazırlanan 1 ədəd beşbarmaq aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>