"Shacman"la traktor toqquşdu: ölən var

Avqustun 11-də saat 13 radələrində Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi “MTZ-80” markalı traktoru vurub. Nəticədə A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

 

Faktla bağlı Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>