Sizin link burada

Şirvanda 41 yaşlı kişi bıçaqlandı

Şirvan şəhər sakini bıçaqlanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şəhər sakini 1976-cı il təvəllüdlü Dadaşov Elmar Əlövsət qarın nahiyəsindən bıçaqlanıb.

 

Xəsarət alan şəxs Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda əməliyyat olunur. Onun çoxlu qan itirdiyi bildirilir.

 

E.Dadaşovun əvvəllər məhkum həyatı yaşamış Elmar Babək oğlu tərəfindən bıçaqlandığı ehtimal edilir. Hadisənin mübahisə zəminində baş verdiyi söylənilir.

 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən istintaq əməliyyatı həyata keçirilir, araşdırma aparılır.

LENT

18 Oktyabr 2017

Digər xəbərlər >>>