Bolt Ramil Quliyevi təbrik edib

Xəbər verildiyi kimi, Türkiyəni təmsil edən azərbaycan əsilli atlet Ramil Quliyev dünən Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal qazanıb.

 

Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, Ramil yarışdan sonra məşhur atlet Useyn Boltla oteldə rastlaşıb.

 

Bolt medal qazandığı üçün Ramili təbrik edib və ona gələcək arzularını çatdırıb: “Mövqeyini qorumağı arzulayıram. Ölkən və sənin adına çox sevindim”.

 

Xatırladaq ki, Bolt Londondakı yarışdan sonra karyerasını bitərəcək

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>