Sizin link burada

Şəmkirdə “BMW” ilə “Škoda" toqquşdu - 2 yaralı

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 402-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb. “BMW” və “Škoda” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>