Sizin link burada

Cəbhə xəttində əsgərlərlə görüş

Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar Təbliğat Dəstəsi cəbhə xəttində xidmət edən əsgərlərlə görüş keçirib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hərbi hissələrdə mədəni-kütləvi tədbirlərin təşkil edilməsində məqsəd ölkəmizin zəngin və qədim tarixinin öyrənilməsi, hərbi ənənələrin təbliğ olunması, hərbi qulluqçuların mənəvi-psixoloji ruhunun yüksəldilməsindən ibarətdir.

 

Görüşlər  zamanı ön xətdə xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə yaxından tanış olunub və əsgərlərlə geniş söhbətlər aparılıb.

 

Sonra şəxsi heyətlə hərb tarixi mövzusunda viktorina keçirilib. Musiqi dəqiqələri ilə davam edən görüş, sonda idman yarışı ilə yekunlaşıb.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>