Sizin link burada

Bekhem “Real”a qayıtdı

 

Devid Bekhem sabiq klubu “Real”a qayıdıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, Madrid təmsilçisinin səfiri təyin edilib.

 

Bu barədə “kral klubu”nun prezidenti Florentino Peres məlumat verib: “Dahi futbolçular 2000-ci ildən bizə “Real”ın daha müsbət obraz almasına kömək etdilər. Komandamızda Fiqo, Zidan, Ronaldo və Bekhem kimi futbolçular çıxış etdilər. Onlarla görüşəndə kluba qayıtmaqlarından məmnun olacağımı dedim. Zidan hazırda komandanın baş məşqçisidi. Digərləri isə bizim nümayəndələrimiz sayılırlar. Bekhem bundan sonra “Real”ın səfiri kimi fəaliyyət göstərəcək”.

 

Qeyd edək ki, 2003-2007-ci illərdə “Real”ın formasını geyinmiş Devid Bekhem “kral klubu”nun ABŞ-dakı səfiri olacaq.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>