Sizin link burada

Azərbaycanda aşpaz olmaq istəyənlər artıb

 

 

“Peşə təhsili müəssisələrində oxumaq istəyənlər arasında ən yüksək maraq aşpazlıq ixtisasınadır”.

 

Lent.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.

 

A.Əlili bildirib ki, aşpazlığa həm qızlar, həm də oğlanlar maraq göstərirlər: “ Ən çox müraciət olunan ixtisaslar arasında kompüter operatoru, veb-dizayner, kompüter ustası, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi də var”.

 

A.Əlili qeyd edib ki, bəzi ixtisaslara böyük maraq olduğu halda tamamilə diqqətdən kənarda qalan ixtisaslar da var: “ Bu vəziyyət qəbulun növbəti mərhələsində daha çox namizədin kənarda qalmasına səbəb ola bilər. Bəzi ixtisaslara həddən artıq böyük maraq var, bəziləri isə yeni olduğundan seçən yoxdur. Vətəndaşların məlumatsızlığı, standart ixtisas seçmələri, yalnız bir ixtisasa və ya bir peşə təhsil müəssisəsinə üstünlük verməsi növbəti mərhələdə onların özləri üçün problem yarada bilər”.

 

Qurum təmsilçisi vurğulayıb ki, bəzi valideynlər gənclərin sahəyə olan maraqlarını dəyərləndirmirlər.

 

Qeyd edək ki, “ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 1-dən start götürüb. Artıq 10 gündür davam edən sənəd qəbulunda 5 minə yaxın vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.

 

 

 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>