FHN əməkdaşları 5 nəfəri boğulmaqdan xilas etdi

FHN əməkdaşları Mingəçevir su anbarı ərazisində qayıqda köməksiz vəziyyətdə qalmış şəxsləri xilas edib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 5 nəfərin həmin ərazidə  köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat saat 12:10-da başa çatıb. 

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>