Yığmamızın futbolçusu Kipr yolunda

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu ölkənin “Anartosis” klubuna keçməyə yaxındır.

 

Artıq futbolçu və klub arasında danışıqlar müsbət yekunlaşıb. Müqavilə ilə “Qəbələ”yə məxsus olan yarımmüdafiəçinin keçidinin gerçəkləşməsi üçün əyalət klubunun da razılığı əldə olunmalıdı.

 

Əgər “qırmızı-qaralar” qışda transfer etdiyi futbolçu ilə yollarını ayırmağa razı olsa, millimizin üzvü karyerasını adada davam etdirəcək.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>