Sizin link burada

Sosial ev almaq istəyənlərin nəzərinə: Burdan da kredit götürə bilərsiniz

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə bilərlər.

 

MİDA-dan Lent.az-a verilən məlumata görə,  “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı “Unibank” ASC olub. 25 il öncə fəaliyyətə başlamış “Unibank” bu gün 950 minə yaxın korporativ və fərdi müştəriyə xidmət göstərir, paytaxt və bölgələrdə yerləşən 32 filial şəbəkəsinə malikdir və maliyyə göstəricilərinə görə ölkənin ən uğurlu banklarından biridir.

 

Xatırladaq ki, “Unibank” vətəndaşlara “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış 3-cü bankdır. Daha öncə analoji müqavilələr “Kapital Bank” və “Bank BTB” ilə bağlanıb.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>