Maduro Trampla görümək niyyətindədir

Venesuela prezidenti Nikolas Maduro ölkənin XİN rəhbərinə amerikalı həmkarı Donald Trampla  təkbətək görüşün təşkil edilməsinə dair göstəriş verib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro çıxışında ABŞ-la münasibətləri normallaşdırmaq və danışıqlar yolu ilə bu ölkə ilə normal və açıq siyasi münasibətlər qurmaq niyyətində olduğunu bir daha bəyan edib.

 

Qeyd edək ki, ABŞ avqustun 9-da Venesuelaya qarşı sanksiyaları genişləndirib.  

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>