Sizin link burada

Tramp: “Ən güclü nüvə ölkəsi olaraq qalacağıq”

Başqa ölkələr nüvə silahından imtina etməyənədək, ABŞ dünyanın ən güclü nüvə ölkəsi olaraq qalacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu növbəti dəfə  jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

 

“Mən dünyanı nüvə silahından xilas etmək istərdim. Mən Rusiya, ABŞ, Çin, Pakistan və nüvə silahına malik digər ölkələrin bu silahdan imtina etməsini istərdim. Lakin, onlar bunu etməyənədək biz Yer kürəsində ən güclü nüvə ölkəsi olaraq qalacaq”, deyə Tramp qeyd edib.     

 

Qeyd edək ki, hazırda dünyada Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan və Hindistan nüvə silahına malikdirlər. “Nüvə klubuna” həmçinin İsrail də daxildir, lakin bu ölkənin rəsmiləri indiyədək bunu nə təsdiq nə də inkar ediblər. Şimali Koreya da nüvə silahına malik olduğunu bəyan edib.  

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>