Sizin link burada

70 yaşlı piyadanı maşın vurdu

Gəncə-Samux yolunda piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. "VAZ 21015" markalı avtomobil şəhərdə məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün 1947-ci il təvəllüdlü Hüseynov Bəhmən Rəhim oğlunu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>