Paytaxtda iri ticarət obyekti yandı - YENİLƏNİB

Yanğın Bakının Binəqədi kəndində, bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, nəticədə binanın dam örtüyü yanıb. 

 

Yanğının söndürülməsinə 10-dək yanğınsöndürən maşın cəlb edilib. 

 

Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerində əməliyyat qərargahı yaradıb. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır. 

 

 

**** 20.57

Bakıda yanğın baş verib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən  tikinti malları mağazasının dam örtüyündə yanğın başlayıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>