Sizin link burada

Çində zəlzələdə yaralananların sayı 500-ə çatdı

Çinin Siçuan əyalətində avqustun 8-də baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 493 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bundan əvvəl 20 nəfərin öldüyü və 431 nəfərin xəsarət aldığı bildirilmişdi.

 

Son məlumata görə, 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində 20 nəfər ölüb, 493 nəfər xəsarət alıb, onlardan 45 nəfərin vəziyyəti ağır, 53 nəfərin orta ağırdır, 392 nəfər yüngül xəsarət alıb.  

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>