Sizin link burada

Özünü MTN polvovniki kimi təqdim edən qadına 13 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, A. Akimova 13 il, İ. Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ötən iclasda çıxış edən prokuror A. Akimovanın 13 il, İ. Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

İttihama görə, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.


Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olublar.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>