Sizin link burada

Xəstəlik tanınmış azərbaycanlı müğənnini bu hala saldı - FOTO

“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.

 

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.

 

Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı. 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>