(R) Tarixdə iz qoyacaq yenilik

 

Tarixdə iz qoyacaq yenilik.

“Mətanət A” şirkəti  inşaat sektorunda innovativ yanaşmaların və həllərin tətbiqi istiqamətində daim fəaliyyətini sürətlə davam etdirir.  Bu dəfə şirkət FASNATURAL məhsulunu təqdim  edir.

FASNATURAL məhsulu sərfəli və innovativ həll yolu kimi arxitektur ornamentlərin, bəzək məmulatlarının, izolyasiya lövhələrinin  üzərinə çəkilir və üzlük plitələrinin hazırlanması üçün istifadə olunur. Məhsuldan istifadə  evlərin, hasarların füsunkar görünüş əldə etməsi, həmçinin gələcək nəsillər üçün uğurlu tarixi irs təqdim etmək  imkanı verir.

Məhsulun əsas üstünlükləri fasad yükünü 11 dəfəyə kimi azaltması, müqavimətinin ağlayla müqayisədə yüksək olması, təmir işini tez və ucuz başa gətirməsi, şaxtada çatlamaması, fasadda ağlay daşını yarada bilməsi və su hopdurmamasıdır.

Bugün FASNATURAL məhsulu respublikamız da daxil olmaqda dünyanın 120-dən artıq ölkəsində patentləşdirilmişdir.

Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. Məhz bu səbəbdən AĞDAĞ, ROKOL, İzoLatexe, PARAKONTAKT, FASMATİK, FasMazaik, Qraniyap, həmçinin şirkətin adı ilə adlanan “Mətanət A” keramika yapışdırıcısı və s. məhsullara tələbat həm yerli, həm də beynəlxalq bazarlarda günü-gündən artmaqdadır. 

Hazırda şirkət Rusiya, Gürcüstan, Qazaxıstan, Ukranya, İran, Türkmənistan və digər ölkələrə sistemli şəkildə məhsul ixracatını artırmaqla yanaşı, daha rəqabətədavamlı məhsullar istehsal etmək və milli brendlərimizi tanıtmaq üçün həmin ölkələrdə zavod tikərək yerli istehsalın yaradılması istiqamətində işlər görməkdədir.

“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.

Daha ətraflı: *3030 Çağrı Mərkəzi

www.matanata.com

www.facebook.com/MatanatA.company

www.youtube.com/MatanatAcompany

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>