Dünən 2 il əvvəlki rekord yenilənib – FAKTİKİ HAVA

 

Avqustun 9-da müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra ötən gün Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb ki, bu da 2015-ci il 2 avqustda müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub.

 

 Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>