Sizin link burada

Dünya çempionatında daha bir itki

Böyük Britaniyanın paytaxtı Londonda atletika üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın 6-cı günü Azərbaycan yığmamızın daha bir idmançısı çıxışını başa vurub.

 

Milliləşdirilmiş Hayle İbrahimov da Nazim Babayev və Anna Skidanın ardınca medalsız qalıb. Belə ki, 5000 m məsafəyə qaçan atlet təsnifat mərhələsinin birinci yürüşündə finişə 12-ci çatıb. Məsafəni 13 dəqiqə 32,15 saniyəyə qət edən Hayle ümumi sıralamada 26-cı olub və onu final mərhələsinə vəsiqədən 1,79 saniyə ayırıb.

 

Qeyd edək ki, bu gün üçtəkanla tullanmada çıxış edən təmsilçimiz Aleksis Kopello final mərhələsində mübarizə aparacaq. 

LENT

21 Noyabr 2017

Digər xəbərlər >>>