Sizin link burada

Məşhur müğənninin bacısına həbs cəzası verildi

Müğənni Hülya Avşarın bacısı Helin Avşar haqda həbs cəzası verilib. 


Lent.az-ın Haberturk.com-a istinadən verdiyi məlumatına görə, müğənninin bacısına 4 aylıq həbs cəzası verilib. 

Helin Hülyanın qızı Zəhranın sevgilisi olan Sercan Yaşarın sürdüyü avtomobildə yol polisinin yoxlanışına 20 metr məsafə qalmış yer dəyişdirərək sükan arxasına keçib. Polislərin diqqətindən qaçmayan bu hadisədən sonra onların maşını saxlanılıb. 

Yoxlanış zamanı H.Avşarın içkili olduğu üzə çıxıb. Hadisə ilə bağlı araşdırmalardan sonra məhkəmədə Helinin 6, Sercanın isə 2 il həbsi tələb edilib. Lakin Avşarla Yaşarın yer dəyişərək sükan arxasına keçməsini sübut edən görüntülər olmadığı üçün cəza yüngülləşdirilib. 

3 ay 10 gün həbsə məhkum edilən Helinin proses zamanı özünü təmkinli aparması səbəbindən verilən cəza 5 il təxirə salınıb. Sercan yaşar isə 25 günlük həbs edilib.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>