Astarada ağır qəza: ölü və yaralı var

 

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Astaranın Təngərüd kənd sakini, Xəqan adlı şəxs “VAZ-2106” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə mağazaya, sonra isə ağaca çırpılıb.

 

Nəticədə avtomaşında adıçəkilən şəxs hadisə yerində ölüb.  Avtomaşında olan digər bir nəfər yüngül xəsarət alıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib.  Fakt araşdırılır. 

LENT

20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>