Çində zəlzələ qurbanlarının sayı artıb

Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı isə 343 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə Çin mərkəzi televiziyasının məlumatında bildirilir.

 

Məlumata əsasən, hazırda yaralılardan 13-ün vəziyyəti ağır, daha 2-nin kritikdir.

 

Avqustun 8-də yerli vaxtla 21.19-da baş verən zəlzələ  20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra 1000-dən çox afterşok qeydə alınıb.

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>